Sərnişin avtobusu yük maşını ilə toqquşub - Ölən və yaralılar var

  • By admin
  • 30 Avqust 2016 13:37

qebele

Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

Gununsesi.info azvision.az-a istinadən məlumatına görə, hadisə şahidləri xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Gununsesi.info