
Fransada sərnişinin mobil telefonu yük anbarına düşəndən sonra təyyarə təcili eniş edib.
Gununsesi.info xəbər verir ki, Parisdən Fort-de-Fransa getmək üçün hava limanından havaya qalxan Boeing 777-300ER tipli təyyarə, uçuşun başlamasından təxminən 40 dəqiqə sonra Parisə qayıtmağa qərar verib.
Əldə edilən məlumata görə, təyyarədə olan qadın sərnişinlərdən biri mobil telefonunu yerə atıb. Telefon döşəmə barmaqlığından keçərək yük yerinə çatdı.Telefonun litium batareyasının düşmə zamanı zədələnmiş ola biləcəyi nəzərə alınaraq, yanğın riskinə qarşı tədbir olaraq təcili eniş qərarı verilib.
Təyyarə sağ-salamat Parisə eniş edib. Baxım qrupları düşmüş telefonu tapdıqdan sonra təyyarə yenidən havaya qalxıb.