
İtaliyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb.
APA-nın verdiyi məlumata görə, şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə yol açıb.
Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasına səbəb olub. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.
Gununsesi.info