Sərnişin təyyarəsi bomba təhdidi səbəbindən təcili eniş etdi

  • By admin
  • 22 Fevral 2024 08:50

ABŞ-ın Nyuark Liberti Beynəlxalq Hava Limanından Los-Ancelesə uçan “United Airlines” təyyarəsində bomba qorxusu yaşanıb.

Gununsesi.info bildirir ki, polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. Bunun üzərinə 202 sərnişini daşıyan təyyarə Çikaqonun O’Hare hava limanına təcili eniş üçün istiqamətləndirilib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər.

Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada bildirilib ki, “Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükəyə dair heç bir əlamət yoxdur”.

Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los-Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.

Gununsesi.info