
Kolombiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, “Aerosucre” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib.
Kolumbiya Mülki Aviasiya İdarəsinin verdiyi məlumata görə, Puerto Carreno şəhərindən Bogotaya yola düşən “Boeing 727” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan 3 dəqiqə sonra yerə çırpılıb.
Bir nəfərin sağ qaldığı bildirilir.
Qəzanın səbəbi hələlik bəlli deyil.
Anar
Gununsesi.info