Sərnişin təyyarəsində dəhşətli anlar: Ən azı 50 nəfər yaralandı

  • By admin
  • 12 Mart 2024 14:09

Avstraliya-Yeni Zelandiya reysi ilə uçan Boeing 787″ tipli sərnişin təyyarəsinin qəfil hündürlüyünün itirilməsi nəticəsində ən azı 50 nəfər xəsarət alıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 263 sərnişin və 9 ekipaj üzvünün olduğu və təyyarənin Oklend hava limanına eniş etdiyi bildirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır, digərlərinin isə yüngül və orta ağır olduğu bildirilib.

Təyyarənin niyə hündürlük itirdiyi hələ bilinməsə də, “Boeing” daha çox məlumat toplamaq üçün çalışdığını və aviaşirkətə hər cür dəstəyi verəcəyini açıqlayıb.

 

Gununsesi.info