Sərnişin təyyarəsində ilan qorxusu – VİDEO - FOTO

  • By admin
  • 08 Noyabr 2016 11:41

ilan

Meksikada bir sərnişin təyyarəsinin salonunda ilan aşkarlanıb.

Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu haqda “Meksika Hava Yolları” şirkəti “Aeromexico” məlumata yayıb.

Məlumatda bildirilir ki, Torreondan Meksikaya uçan sərnişin təyyarəsinin salonunda ilan aşkarlanıb. Bundan sonra “Meksika Hava Yolları” şirkətinin əməkdaşları təyyarədəki ilanı tutublar.

Bununla bağlı video görüntülər sosial şəbəkədə paylaşılıb. Sosial şəbəkələrdə yayılan bu görüntülər hər kəsin marağına səbəb olub. Görüntülərdə təyyarənin tavanındakı baqaj bölməsinin arxasından çıxan yaşımtıl rəngli ilanın yerə düşdüyü görünür.

Sözügedən şirkətin səlahiyyətliləri ilanın təyyarənin salonuna necə girdiyinin araştırılacağını və buna bənzər hadisənin bir daha təkrarlanmaması üçün lazımi addımlar atılacağını bəyan ediblər.

 

 

Anar

Gununsesi.info