“Sərt karantin günlərində aptekə getməyə icazə verilmir”

  • By arzu
  • 13 İyun 2020 10:08

“14-16 iyun tarixlərində tətbiq ediləcək sərt karantin günlərində vətəndaşlar zəruri dərmanlarını onlayn şəkildə sifariş verməli olacaqlar”.

Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyevin sözlərinə görə, həmin günlərdə icazə portalından izn alaraq fəaliyyət göstərəcək apteklərin əlaqə nömrələri ictimaiyyətə açıqlanacaq:

“Vətəndaşların sərt karantin günlərində aptekə getmələrinə icazə verilmir. Bununla bağlı daha əvvəl də vətəndaşlara çağırış etmişdik. Yaxşı olar ki, onlar iki günlük qida, su, dərman və başqa ehtiyaclarını əvvəlcədən təmin etsinlər.

Yəni onlayn apteklərə ekstremal hallarda müraciət edilməsi tövsiyə olunur. Ötən praktikadan da məlum olduğu kimi, vətəndaşlar bir çox hallarda zəruri olmayan hallarla bağlı müraciət edirlər”.

Gununsesi.org