Azərbaycanın məşhur tikinti şirkətlərindən biri olan “Şərur” MTK mediada yayılan “İş adamı Bakıda kolleci satın aldı” xəbərə reaksiya verib.
Şirkətin sözçüsü Tünzalə İsmayılova Gununsesi.info-ya bunları deyib: “Əvvəlcə onu qeyd edim ki, yazıda İsfəndiyar Axundov “bu ilin martından kollecin qanuni varisirdir, kolleci söküb yerində yaşayış binası tikəcək” kimi fikirləri kökündən yalandır. Bu məsələyə gəlincə, bildirim ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30 noyabr 2020 -ci il tarixli 34 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, kollecin istifadəsində olan torpaq sahəsində 360 yerlik məktəb binası və 100 yerlik uşaq bağçasının tikintisinə icazə verilmişdir. Sərəncamı sizə təqdim edirəm”.
Gununsesi.info