Şərurun bir sıra kəndlərində qaz olmayacaq

  • By Günel
  • 22 Mart 2025 20:58

Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, 159 mm boruda çat yarandığı üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Gununsesi.info