Sərvəti azalsa da, ABŞ-ın ən varlı adamıdır

  • By Günel
  • 01 Oktyabr 2024 20:19

Amerikalı iş adamı Elon Mask sərvətinin azalmasına baxmayaraq, üçüncü ildir ki, ABŞ-nin ən varlı adamı olaraq qalır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Onun sərvəti 244 milyard dollar olaraq qiymətləndirilir. Üstəlik, son bir ildə sahibkar 7 milyard dollar “yoxsullaşıb”.

ABŞ-nin ən zəngin adamları siyahısında ikinci yeri “Amazon”un qurucusu Ceff Bezos tutur, onun sərvəti 197 milyard dollar qiymətləndirilir.

Üçüncü yerdə şirkətin səhmlərinin dəyərinin kəskin artması sayəsində sərvəti 181 milyard dollara çatan Mark Zukerberqdir.

Ümumilikdə “Forbes” jurnalına görə ABŞ-ın ən varlı adamlarının siyahısına 400 nəfər daxildir. Onların bu il ümumi sərvəti 5,4 trilyon dollar, rekord həddə qiymətləndirilir.

Gununsesi.info