Sərxan Kərəmoğlu virusa yoluxdu

Aktyor Sərxan Kərəmoğlu xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Sərxan özü paylaşım edib. O bildirib ki, virusa yoluxub:

“Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılca deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim var idi. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdılar. Mənə 3 gündür ki, müxtəlif iynələr köçürülür. Bu müalicə isə mütləq şəkildə həkim nəzarətində olmalıdır. Əgər xəstələnmisinizsə, ağzınıza gələn müalicələr etməyin”.

 

 

Gununsesi.info