Sərxoş kişi Polşa prezidentinin kortejinə fişəng atıb

Polşa prezidenti Anjey Dudanın korteji  sərxoş kişinin atdığı fişəngə tuş gəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə vaxtı xəsarət alan olmayıb.

Hadisə mayın 27-də yerli vaxtla saat 21:00 radələrində  dövlət başçısının korteji ölkənin qərbindəki Kşevata kəndindən keçərkən baş verib.

Məlumata görə, fişəngi atan 39 yaşlı kişi hazırda yerli ayıqlıq məntəqəsindədir. Daha sonra o, polis tərəfindən dindiriləcək. Kişi hərəkətini “quşları qorxutmaq istədiyi” ilə izah edib.

Bundan əvvəl Bolqarıstan Prezidenti Rumen Radev Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsdin müxtəlif fikirlərə və nifrətə dözümsüzlüyün göstəricisi olduğunu bildirib.

Qeyd edə ki, mayın 18-də məlum olub ki, Pezinok şəhərinin xüsusi cinayət məhkəməsi Slovakiyanın baş nazirinin həyatına sui-qəsddə şübhəli bilinən şəxsi istintaq təcridxanasına göndərib.

 

 

 

Gununsesi.info