Sərxoş qəza törədi, özü və dostu yaralandı

  • By admin
  • 23 İyul 2016 11:29

serxos

Şirvanda sərxoş sürücünün törətdiyi avtoqəzada 2 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Şirvan şəhər sakini, 22 yaşlı  Mədətov Cavad Əli oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Lada Priora” markalı avtomobili,  böyük sürətlə yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərxoş sərnişin Şirvan sakini, 15 yaşlı Hüseynov Orxan Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının taravmatologiya şöbəsinə yerləşdilib. Hər iki şəxs avtomobildə sıxılmış vəziyyətdə olduğundan Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

 

serxos