
Samuxda qətl hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Samuxun Hacıalılı kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovanı boğaz nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Qadın hadisə yerində ölüb. Məlumata görə Cavad Həsənovun iki övladı var və o cinayəti törədən zaman içkili olub. Qətl hadisəsi isə Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib. Cavad və Gülnarə Həsənovların anası bildirib ki, qızı ilə oğlu arasında münasibətlər bir müddət əvvəldən pozulubmuş. Bir neçə dəfə mübahisələri olsa da, bu gün içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavad Həsənov saxlanılıb.
Məlumata görə, Gülnarə Həsənova həyat yoldaşından boşanıb və üç övladı var. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Gununsesi.info