Sərxoş sürücü avtomobili prezident iqamətgahına çırpdı- QAZAXISTANDA

Sərxoş sürücü avtomobili prezident iqamətgahına çırpdı

Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info

COMMENTS