Sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girib qəza törətdi - FOTOLAR

  • By admin
  • 06 Yanvar 2018 10:20
Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi “90-MP-597” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili ilə “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.
Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info