Səsvermə başa çatdı - ASTANADA

  • By admin
  • 11 Aprel 2018 18:09

Azərbaycanın Qazaxıstandakı səfirliyində yaradılmış seçki məntəqəsində prezident seçkilərinə səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, 19:00-dək adları seçici siyahısında olan 405 vətəndaşımız səsvermə hüququndan istifadə edib. Bu isə konsulluq qeydiyyatında olan vətəndaşların 61 faizi deməkdir. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Gununsesi.info