Səsvermə bülletenlərinin çapına başlanılıb - MSK

  • By admin
  • 08 Avqust 2016 11:00

5a6725274a89888ed012bbe7544e2d75

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Milli Məclisin Mətbəəsində səsvermə bülletenlərinin çapına başlanılıb.

Gununsesi.info-nun məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzvləri iştirak edərək, səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan proses barədə danışan sədr Məzahir Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilib və 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) bülletenin çap olunması qərara alınıb. Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Bülletenlərin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

4c2ac7caaddaf652b55a4de257869be3

b417d2da4a77998e155d20eea86c8bab

Gülnaz Qənbərli

Gununsesi.info