2024-cü il yanvarın 31-dək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşacaq.
Gununsesi.info-nun xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.
Səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşmalıdır.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Gununsesi.info