ABŞ və Səudiyyə Ərəbistanı arasında 100 milyard dollarlıq silah alışi ilə bağlı saziş üzərində iş yekunlaşıb.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, adıçəkilən sənəd ABŞ prezidenti Donald Trampın növbəti həftə Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanacaq.
Ağ Evdən verilən məlumata görə, bu anlaşma həm bölgənin təhlükəsizliyi, həm də ABŞ iqtisadiyyatının inkişafı baxımından önəmli bir sazişdir. İmzalanacaq sazişə əsasən Səudiyyə Ərəbistanı ABŞ-dan F-15 qırıcıları, hava hücumundan müdafiə və nəzarət sistemləri alacaq.
Bu sazişlə birlikdə ABŞ-ın Səudiyyə Ərəbistanına son 10 ildə satacağı silahın həcmi 300 milyard dolları keçmiş olacaq.
Gununsesi.info