Səudiyyə Ərəbistanı Fələstinə səfir təyin edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qeyri-rezident səfir statusunda olan diplomat Fələstində yaşamayacaq.
Səudiyyə Ərəbistanın Fələstin səfiri Nayib ibn Bender paytaxt Ramallaha ilk dəfə səfər edib.
Fələstin Prezidenti Mahmut Abbasa etimad məktubunu təqdim edən səfir Nayib ölkəsinin Fələstin üzrə səfiri olacaq.
Avqust ayında təyinat alan S.Ərəbistanın Fələstin səfiri “qeyri-rezident səfir” (yerləşmiş olmayan səfir) statusunu daşıyacaq.
Təyinat zamanı açıqlamada “qeyri-rezident səfir” termini işlədilmişdi.
“Qeyri-rezident səfir” nə deməkdir?
Yerləşmiş olmayan səfirlər digər səfirlərlə eyni yetkilərə sahibdir. Tək fərq təmsilçi olacaqları ölkələrdə yerləşib-yaşamamaqlarıdır.
Onlar etimad məktubunu təqdim etmək üçün akkreditasiya edildikləri ölkəyə səfər edərlər.
Yeni səfir Bender Fələstinə yaxın bir ölkədə yerləşəcək və diplomat işini oradan davam etdirəcək. Nayib ibn Bender həm də Səudiyyə Ərəbistanın İordaniyadakı səfiri olduğu üçün paytaxt Əmmanda yerləşəcək və işlərini buradan idarə edəcək.
Tərcümə: Arzu