Səudiyyə Ərəbistanı-İraq münasibətlərində yeni dövr - FOTO

  • By admin
  • 10 Avqust 2017 12:42

03

İraqın neft naziri Cəbbar əl-Laibi Səudiyyə Ərəbistanında işgüzar səfərdədir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin-Salman İraqın neft naziri Cəbbar əl-Laibini qəbul edib.

Belə ki, görüş Ciddə şəhərində keçirilib. Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr, sərhədlərin açılması, birbaşa səfərlərin təşkili, biznes mühitinin, ixrac və investisiyanın qlobal səviyyədə təşviq edilməsi kimi mühüm məsələlər müzakirə olunub.

Görüş zamanı Məhəmməd bin-Salman İraqın tam bir siyasi sistemdə, əmin-amanlıq, təhlükəsizlik və sabitliyə qovuşmasını və hər sahədə ikitərəfli əlaqələri gücləndirməsini arzu edib.

Qeyd edək ki, iki ölkə arasındakı buzlar, məhz Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cübeyrin fevral ayında Bağdada reallaşdırdığı səfərin ardından əriməyə başlayıb.

Anar

Gununsesi.info