Səudiyyə Ərəbistanı milyardlarla dollarlıq futbol yatırımları ilə nəyi hədəfləyir?

  • By admin
  • 30 Avqust 2023 14:32

Səudiyyə Ərəbistanının “Al Hilal” klubu 66 kubokla ölkənin ən çox kubok qaldıran futbol komandası oldu. Asiya Çempionlar Liqini 4 dəfə qazanan Riyad klubu Asiya bölgəsinin ən uğurlu komandası halına gəldi.

“Al Hilal” klubu necə təsirli bir keçmişsə sahib olarsa, olsun, bir çox tərəfdar üçün Neymar Juniorun kluba qatıldığı 19 avqust 2023-cü il yeni bir dönəmin başlanğıcıdır.

Gununsesi.info xarici mətbuata istinadən klubla bağlı maraqlı yazını sizə təqdim edir.

Braziliyalı hücumçu tədbirdə klubun ənənəvi lacıbərd futbol paltarını geyinərək meydana çıxıb.

Neymarın üzünü əks etdirən bir “drone” nümayişinin ardından havaya buraxılan fişənglər göz üzünü aydınladıb.

Neymarın gəlişi ilə bağlı keçirilən şənliyə 64 mindən çox adam qatıldı

Tədbiri izləyən “Al Hilal” tərəfdarı “BBC”yə “Bu, bizim üçün çox özəl bir gündür. Neymar bir ulduzdur. Onun sayəsində çoxlu sayda adamı “Al Hilal” tərəfdarı olacaq. Artıü bütün Brazilianın bizi dəstəkləyəcəyini düşünürəm. Klub hər yerdə tanınacaq”, deyib.

S. Ərəbistanını beynəlxalq futbol mərkəzi halına gətirilməsi layihəsi K. Ronaldonun yanvarda 400 milyon dollarlıq 30 aylıq anlaşma ilə “Əl Nəsr” klubuna gəlməsi ilə başladı.

Sonra Ərəbistan liqası üçün nəzərəçarpacaq bir yay reansfer dönəmi başladı. K. Benzema, “Al İttihad”a transfer edildi.

Eləcə dəSario Mane, Riyad Mahrez, Cordan Henderson, N Qolo Kante kimi bir çox tanınmış adam Avropa Liqlərini Ərəbistanın Pro Liqası üçün tərk etdi.

Yay boyunca Pro Liqası yadelli oyunçuları transfer etmək üçün 900 milyon dollardan çox xərcləmə etdi. İngiltərə Premyer Liqasından sonra ən çox xərcləmə edən ikinci liqə çevrildi.

S. Ərəbistan hökuməti gəlirlər və keyfiyyət baxımından dünyanın ən yaxşı liqlərindən biri olma hədəfinə çatanadək liqə maliyyə dəstəyi verməyə söz verib.

S.Ərəbistanın Pro Liqası İngiltərənin Premyer Liqası və İspaniyanın La Liqa kimi liqaları ilə yarışmağı istəyir.

Yumşaq güc

Dünyanın ən böyük petrol satışçısı olan S. Ərəbistan futbol və Formula 1, golf da daxil olmaqla idmana milyardlarla dollar yatırım edir.

Bəzi adamlar bu cəhdləri ölkənin zəif insan qaynaqları qeydini ört-basdır etmək üçün göz boyama olaraq dəyərləndirir.

Krallığın tək istəyinin imicini düzəltmək və etibarını qurtarmaq olmadığını düşünənlər də var.

Parisdəki Skema Business Scholda İdman və Geopilitik İqtisadiyyat professoru Simon Chadvikə görə, başqa ölkələr də idmana “yumşaq güc” olaraq yatırım edir.

Chadvik düşüncələrini bu cür əsaslandırır:

“Bu, S. ərəbistanın siyasi cəbbəxanalarından bir dənəsidir. Qlobal çapda adamların ürəklərini və zehinlərini qazanmaq üçün ölkələar arasında keçirilən bir yarışdan bəhs edirik. İngiltərə, Amerika, Fransa, Hindistan və digər ölkələr bunu etdi. İndi Səudiyyə ərəbləri eynisini edir”.

Onun fikrincə, krarllığın “xərcləmə çılğınlığının” arxasında petrol gəlirləri azalmağa başlamazdan öncə iqtisadiyyatı yenidən şəkilləndirmə strategiyası da var.

Tərcümə: Arzu

Gununsesi.info