Səudiyyə Ərəbistanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bəyan edib

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə göndərdiyi notada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın son təxribatı ilə bağlı elan etdiyi mövqeyinin bütün müsəlman dövlətlərinin mövqeyini ifadə etdiyi bildirilib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də paylaşım edib.

Qeyd olunub ki, səfirlik Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bir daha bəyan edib.

 

 

Gununsesi.org