Səudiyyə Ərəbistanı Suriya müxalifətini BƏŞƏR ƏSƏDLƏ DANIŞIQLARA ÇAĞIRIB

  • By admin
  • 09 Yanvar 2018 12:06

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr Suriya müxalifətinə Bəşər Əsədlə hərbi toqquşmadan çəkinərək, onunla problemləri siyasi yolla həll etmək istiqamətində fokuslaşdırmağı  məsləhət görüb.

Gununsesi.info “Foreign Policy”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı XİN başçısı Adel əl-Cubeyr belə bir təklifi dekabr ayının sonunda suriyalı müxalifət liderləri ilə görüşdə deyib.

Görüşdə Adel əl-Cubeyr suriyalı müaxlifət qruplaşma liderlərini Bəşər Əsədlə hərbi toqquşmadan çəkinərək yanvarın 29-30-da Soçidə Milli dialoq konqresində iştirak edərək, onunla danışıqlara getməyi təklif edib.

Nazir onu da əlavə edib ki, Ər-Riyad bundan sonra Suriya müxalifətinə dəstəyini azaldacaq.

Jurnal eyni zamanda, qeyd edib ki, ABŞ Suriya müxalifətinə gizli dəstəyini kəsib.

Gununsesi.info