Səudiyyə Ərəbistanı Türkiyə ilə imzalanan müqaviləni təsdiqləyib

  • By admin
  • 03 Yanvar 2024 10:38

Səudiyyə Ərəbistanı Türkiyə ilə birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlıq üçün imzalanmış anlaşma memorandumunu təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Nazirlər Şurası bu gün paytaxt Ər-Riyadda Kral Salman bin Əbdüləzizin sədrliyi ilə iclas keçirib.

İnformasiya naziri Salman bin Yusuf əl-Düseri görüşdə Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında əvvəllər imzalanmış birbaşa investisiyaların təşviqi ilə bağlı əməkdaşlığa dair anlaşma memorandumunun təsdiqləndiyini bildirib.

Düseri mövzu ilə bağlı ətraflı məlumat verməyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il iyulun 17-də Səudiyyə Ərəbistanına səfəri zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında “Birbaşa İnvestisiyaların Təşviqi Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Gununsesi.info