
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ABŞ prezidentinin qızının xeyriyyə fonduna 100 milyon dollar köçürəcək.
Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ABŞ prezidenti Donald Trampın qızı İvankaTrampın yaradacağı xeyriyyə fondunun hesabına 100 milyon dollar keçirəcəklərinə söz veriblər.
İvanka Tramp aprel ayında Almaniyaya səfəri zamanı Yaxın Şərqdə sahibkarlıqla məşğul olan qadınlara kredit verilməsi məqsədi ilə xeyriyyə fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Hazırda fondun təsis olunması prosesi gedir.
Qeyd edək ki, İvanka Tramp ABŞ prezidentinin köməkçisi vəzifəsində çalışır.
Gununsesi.info