Səudiyyə Ərəbistanı və Türkiyə İraqa maliyyə yardımı göstərəcək- TOPLAM 6,5 MİLYARD DOLLAR

Səudiyyə Ərəbistanı və Türkiyə İraqa maliyyə yardımı göstərəcək

Səudiyyə Ərəbistanı İraqda bərpa işlərinə 1,5 milyard dollar ayırmağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə krallığın XİN rəhbəri Adel Əl-Cubeyr Küveytdə İraqın bərpa olunmasına həsr olunmuş beynəlxalq konfransda deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ölkəsinin İraqda bərpa işlərinə 5 milyard dollar ayırmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Küveytdə fevralın 12-də İraq İŞİD-dən azad edildikdən sonra bərpa işlərinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

Üç gün davam edəcək forumda 70 ölkədən rəsmilər, eləcə də Dünya Bankı, Avropa İttifaqı və BMT nümayəndələri iştirak edirlər.

Gununsesi.info

COMMENTS