Səudiyyə Ərəbistanın Bəşər Əsədə qarşı münasibəti dəyişib

  • By admin
  • 14 Sentyabr 2017 08:15

IMG_3243

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən “İzvestiya” nəşri məlumat yayıb. Məlumata görə, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.

“Onlar anlayırlar ki, Bəşər Əsəd reallıqdır, onunla iş görmək lazım gələcək”, – deyə diplomat bildirib və əlavə edib ki, “hazırkı qüvvələr nisbəti səudiyyəliləri ritorikanı dəyişməyə məcbur edir”.

Gununsesi.info