
Səudiyyə Ərəbistanında yaxınları edam edilənlər “BBC”yə etdikləri açıqlamada edamların ailələrə öncədən heç bir xəbər verilmədən gerçəkləşdirildiyini söyləyirlər. Yeni bir insan haqları hesabatına görə, ölkədəki edamların sayı Kral Salman və oğlu Məhəmməd ibn Salmanın iqtidara gəldiyi 2015-ci ildən bu yana 2 dəfə artıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, S. Ərəbistanında edam edilənlərdən biri də Mustafa əl Həyatdır.
Ailəsinə xəbər vermədən onun edam edilməsinə baxmayaraq, cəsədi bəsədi yaxınlarına verilməyib və qəbri də yoxdur.
Səsini sonuncu dəfə həbsxanadan zəng edərkən eşitdilər. Anasına son sözləri “Tamam, artıq söndürməyim lazımdır, yaxşı olmağınıza sevindim”, olub. Bundan sonra o edam edilir.
İndiki S. Ərəbistan tarixindəki ən böyük kütləvi edamların gerçəkləşdiyi 12 mart 2022-ci ildə edam edilənlərin sayı 81 nəfər idi.
“Reprive” adlı quruluşun hesabatlarında edamların siyahıları yer alır. Bu quruluş edam cəzasına qarşıdır.
Aradan 1 il ötsədə, Mustafanın ailəsinə edamın necə gerçəkləşdiyi ilə bağlı açıqlama verməyiblər.
Yasir yaşadıqlarını ilk dəfə ictimaiyyətə açıqlayır. Qardaşı ilə eyni taleyi paylaşmaqdan qorxduğu üçün 2016-cı ildən bəri ölkəsindən qaçaraq Almaniyada siyasi sığınacaq alıb.
“Qardaşım Mustafa 2011-ci ildən etibarən ölkədəki şiə azlıqların hökumətə qarşı etirazlarına qatılırdı”, – deyə vurğulayır.
2014-cü ildə polis nəzarəti altına alınır. Ölümündən sonra rəsmi açıqlamada 30 nəfərlər birlikdə eyni “günahlar” səbəbindən edam edildiyi yazıldı.
“Heç bir dəlil təqdim etmədilər. Bu yalan çox yaralayır”, – deyə Yasir açıqlayır.
S. Ərəbistanın feilən idarəçisi Vəliəhd Kral Məhəmməd ibn Salman krallığı çağdaşlaşdırmağa söz vermişdi. 2018-ci ildə verdiyi bir açıqlamada Qərbin əsas müttəfiqlərindən olan ölkəsinin ölüm cəzaları işlədilməsinin “minimuma endiriləcəyini” söyləmişdi.
Aradan 5 il ötsə də, S. Ərəbistanın hələ də dünyada ən çox edam gerçəkləşdirən ölkələrdən biridir.
Arzu