Səudiyyə Ərəbistanında bir ilk: Məşhur musiqi qrupu bu ölkədə konsert verəcək

  • By admin
  • 29 Noyabr 2023 10:39

Səudiyyə Ərəbistanında bir ilk yaşanacaq.

Gununsesi.info xəbər verir ki, dünyaca məşhur musiqi qrupu “Metallica” dekabrın 14-də paytaxt Ər-Riyadda konsert verəcək.

Qrupun konserti üç gün davam edəcək “Soundstorm” Festivalı çərçivəsində keçiriləcək. Ağır metal nəhəngi festivalın açılış gecəsində çıxış edəcək.

Qeyd edək ki, qrup Yaxın Şərqdə ilk canlı performansını 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərində edib.

“Soundstorm” Festivalı 2019-cu ildən etibarən Ər-Riyadda keçirilir. Keçən ilki festivala 600 mindən çox insan qatılıb.

Gununsesi.info