Səudiyyə Ərəbistanında neft zavodu partladılıb, güclü yanğın başlayıb - MÜƏSSİSƏYƏ PİLOTSUZ UÇUŞ APARATI İLƏ HÜCUM OLUB

  • By admin
  • 14 Sentyabr 2019 20:42

Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

Gununsesi.org-un “Reuters”ə istinadən verdiyi məlumata görə, Abkayk bölgəsində – “ARAMCO” şirkətinə məxsus müəssisə yanır.

HTML tutorial

Bildirilir ki, müəssisəyə Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum olub. Yanğın PUA ilə törədilən partlayışdan sonra başlayıb. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur.

Hava hücumunun bu gecə edildiyi bildirilir. Hələlik itkilər barədə açıqlama verilməyib.

Baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

 

Gununsesi.org