Səudiyyə Ərəbistanında gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı daha bir addım atılıb.
Gununsesi.org “BBC”yə istinadən xəbər verir ki, bundan sonra qadınlar və kişilər restoranlara ayrı-ayrı girişlərdən deyil, ümumi girişdən daxil olacaqlar. Belə ki, indiyədək belə məkanlarda qadınlara və ailəli şəxslərə bir, kişilərə isə digər giriş-çıxış nəzərdə tutulurdu.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında son zamanlar sosial islahatların aparılması müxalif qüvvələrin hökumətə təzyiqi ilə əlaqələndirilir.
Daha əvvəl 2018-ci ildə qadınların avtomobil sürməsinə qoyulan qadağa, bu il isə qadınların ərlərinin razılığı ilə ölkə sərhədindən kənara çıxmaq qadağası aradan götürülmüşdü.