Səudiyyə Ərəbistanında qadınlarla kişilərə eyni əməkhaqları verilə bilər

  • By admin
  • 25 Mart 2018 21:18

Səudiyyə Ərəbistanında qadınlarla kişilərin əməkhaqlarının bərabərləşdirilməsi planlaşdırlır.

Gununsesi.info xəbər verir ki, bunu Krallığın şahzadəsi Məhəmməd ben Salam deyib.

Şahzadə bildirib: “Yaxın zamanlarda reallaşacaq bir təşəbüs üzərində işləyirik. Bununla Kralliqda kişilərə və qadınlara eyni əməkhaqlarının verilməsi nəzərdə tutulur”.

Şahzadənin fikrincə, bu, ölkədə işləyən qadınların sayının artmasına səbəb olacaq.

Qeyd edək ki, ölkədə hazırda qadınların 22 faizi işləyir.

Gununsesi.info