Səudiyyə Ərəbistanında son sutkada 4128 nəfər koronavirusa yoluxub, 56 nəfər ölüb

Son sutkada Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayı 4 min nəfəri keçib.

Gununsesi.org bildirir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, son sutka ərzində 4128 yoluxma, 56 ölüm faktının qeydə alınıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 206 min nəfərə çatıb, 1858 xəstə isə vəfat edib.

 

 

Gununsesi.org