Səudiyyə Ərəbistanındakı hadisələr neftin qiymətini bahalaşdırdı -EKSPERT RƏYİ

  • By admin
  • 06 Noyabr 2017 15:48

Səudiyyə Ərəbistanında son aparılan antikorrupsiya tədbirləri nəticəsində şəhzadələrin və məmurların həbsi dünya bazarında neftin qiymətinə təsir göstərib. Belə ki,  London birjasında Brent markalı  neftin 1 bareli 2.5 dollar bahalaşaraq 62.5 dollar olub. Onsuz da son günlər neftin qiymətində artım tendensiyası müşahidə olunurdu, Ərəbistandakı hadisələr isə prosesi bir qədər də sürətləndirib. Hazırda treyderləri maraqlandıran ən başlıca sual: Neft hansı həddə qədər qalxa bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Gununsesi.info”ya açıqlamasında bildirdi ki, Səudiyyə Ərəbistanındakı hadisələr neft bazarına psixoloji təsir göstərib: “Dünyanın ən böyük neft hasilatçısı və ixracatçısı olan bir dövlətdir. Səudiyyə Ərəbistanı on illiklər boyu stabillik nümayiş etdirən bir dövlət kimi tədqim olunub. Birdən-birə ölkənin siyasi ab-havasında belə bir vəziyyət yaşanır”.

İ.Şabanını sözlərin görə, bu, neftin qiymətinin uzunmüddətli  həddə qədər saxlayacaq vasitə deyil: “Hazırda sadəcə bazarda şok yaşanır ki, bundan sonra Səudiyyə Ərəbistanında vəziyyət necə olacaq. Çünki ittiham olunan şəxslər sıradan bir məmurlar deyil. Təbii ki,  bir neçə günə bazar öz məcrasına qayıdacaq. Əvvəllər də bu ölkədə korrupsiya hallarının olduğu deyilirdi. İndiki hadisə sadəcə olaraq, Kral Salmanın oğlu Məhəmmədin hakimiyyətə gəlməsi üçün rəqiblərini tamamilə təmizləmək məqsədi daşınır”.

Ekspertin sözlərinə görə, neftin 60 dollardan yuxarı həddə saxlaya biləcək vasitə Rusiya və Səudiyyə Ərəbistanın atacağı addımlardan asılıdır: “Noyabr ayında ən  “SaudaArabco”   elan edib ki, neft hasilatını və ixracatını azaltmağa başlayır. Səudiyyə Ərbistanı OPEC-in  neft hasilatının 2018-ci ilin martına qədər azaldılması haqqında  razılaşdırılmanın uzadılmasının tərəfdarıdır. Bundan əlavə, Rusiya rəhbərliyi bəyan edib ki, OPEC-in bu razılaşdırılmasına qoşulan dövlətlərin coğrafiyasının genişləndirilməsinə nail olacaq. Bu kimi səylər bazarda “qara qızıl”ın qiymətinin aşağı düşməsinin qarşısını alan faktorlardır. Noyabrın sonunda Vyanada OPEC-ın konfransı keçiriləcək”.

İ.Şabah deyir ki, bu ilin sonuna kimi neftin qiyməti 60 dollar ətrafında qalacaq. Onun sözlərinə görə, noyabr  ayı üçün 60 dolların üzərində olması gözlənilir: “. Neftin aşağı düşməsinə dair  hələ ki, təpkilər yoxdur. Vyana konfransından sonra qəbul ediləcək qərar təsirsiz ötüşməyəcək.  İlk əvvəl bazar iştirakçılarına daha müsbət təsir edə, “qara qızıl” bahalaşa bilər. Daha sonra korrektələr nəticəsində 60 dollar ətrafında bərqərar ola bilər. Nəzərə almaq lazımdır ki, Dünya Bankı gələn il üçün neftin qiymətini cari illə müayisədə 3 dollar artıq olacağı ilə bağlı ilkin proqnozunu açıqlayıb”.

Vüsalə Rüstəmova

Gununsesi.info