Səudiyyə Ərəbistanından Türkiyəni qəzəbləndirəcək ADDIM

  • By admin
  • 28 May 2018 18:00

Səudiyyə Ərəbistanından Türkiyəni qəzəbləndirəcək ADDIM

ABŞ-ın Suriyanın şimalında PYD/YPG terror təşkilatı ilə quracağı qeyri-qanuni “sərhəd gözətçiləri gücü”nə dəstəyini açıqlayan Səudiyyə Ərəbistanı təşkilata maddi yardım göndərib.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda Suriya müxalifətinə aid “Baladi-News” portalı bildirib.

Xəbərə görə, PYD “Kuvvatu’s-Sanadid” adlı qrupla birlikdə Suriya-İraq sərhədində “sərhəd gözətçiləri gücü” üçün qeydiyyata başlayıb. Qanunsuz hərbi birliyə qatılanların 2 il xidmət edəcəyi və aylıq 200 dollar maaş alacağı bildirilir.

Portal PYD-nin yaratdığı hərbi birlik üçün Səudiyyə Ərəbistanın maddi yardım göndərdiyini yazıb.

Xatırladaq ki, ABŞ-ın Dövlət Departamenti yanvarın 30-da Suriyanın şimalında 30 min nəfərlik “sərhəd gözətçiləri gücü” quracağını açıqlamışdı. ABŞ-ın bu qərarı Türkiyə tərəfindən sərt qarşılanmışdı.