
Səudiyyə Ərəbistanı Ümrə üçün ölkəyə gedənlər üçün meningitə qarşı peyvənd etmək tələbindən geri çəkilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi bütün aviaşirkətlərə direktiv göndərərək, məcburi peyvəndin ləğv edildiyini elan etdi.
Keçən ay menenjit peyvəndini məcburi edən sirkuları ləğv edən direktiv Səudiyyə Ərəbistanın hava limanlarında fəaliyyət göstərən bütün aviaşirkətlərə göndərilib.
Yanvarın 10-da dərc edilən və ləğv edilən qərarda qeyd olunan peyvənd ölkəyə gələn ümrə zəvvarları üçün məcburi olub.
Menenjit peyvəndi Səudiyyə Ərəbistanına gəlməzdən 3 ildən gec olmayaraq və ən azı 10 gün əvvəl vurulmalı idi.
Orxan Saffari