Səudiyyə Ərəbistanının ilk robotu teleaparıcıya “sataşdı” – VİDEO

  • By admin
  • 06 Mart 2024 13:43

Səudiyyə Ərəbistanında istehsal edilən ilk robot təqdim edilərkən heç kimin gözləmədiyi bir durum yaşanıb.

Gununsesi.info xəbər verir ki, televiziya aparıcısı təqdimat barədə məlumatı çatdırarkənrobot tərəfindən sıxışdırılıb. Həmin anlar anbaan lentə alınıb.

Sosial mediada geniş müzakirə olunan görüntülərdə “Robot “Əl-Ərəbiyyə” TV-nin qadın əməkdaşına sataşdı” sözləri işlədilib. Robotun qadın diktora toxunduğu və diktorun bu hərəkətindən qorxduğu müşahidə edilib.

Sosial şəbəkələrdə “Robotun yeniləməyə ehtiyacı var, Səudiyyənin təcavüz robotu” kimi rəylər yazılıb.

“QSS” şirkətinin istehsal etdiyi robotlar ən rasional süni intellekt modelləri ilə işləyir. İstehsal edilən robotların insan bədəni qədər elastik olduğu deyilir. Səudiyyə Ərəbsitanının təqdim etdiyi robotun süni intellekt dəstəyi sayəsində fərqli səslərlə müsahibələr verdiyi də görünür.

Gununsesi.info