
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səud Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko məlumat verib.
Onun sözlərinə görə, kral səfərə hazırlıqla bağlı hökumətə təlimat verib.
“Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralını rəsmi səfərə dəvət edib, kral da məmnuniyyətlə bu dəvəti qəbul edib. Səfər il ərzində baş tutacaq”, – Matvienko bildirib.
Gununsesi.info