
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudun böyük qardaşı Mişal bin Əbdüləziz 91 yaşında vəfat edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Arab News” qəzeti xəbər yayıb.
Şahzadə Mişal bin Əbdüləziz 1926-cı ildə anadan olub.
O, Səudiyyə Ərəbistanının birinci kralı Əbdül Əziz Əl Saudun 14-cü oğlu olub. Ötən əsrin 40-50-ci illərində Mişal bin Əbdüləziz müdafiə nazirinin müavini, müdafiə naziri vəzifələrində çalışıb.
60-cı illərdə isə Məkkənin qubernatoru olub.
2009-cu ildən etibarən siyasətdən uzaqlaşan Mişal bin Əbdüləziz Məkkədə dəfn olunacaq.
Gununsesi.info












