
Məşhur “Vogue” jurnalının baş redaktoru Səudiyyə şahzadəsi Dina Əlcuhani Əbdüləziz işdən qovulub.
Axar.az xəbər verir ki, bununla bağlı açıqlama verən şahzadə mətbuat konfransı keçirəcəyini bildirib.
“İstəyərək ayırlmadım, birbaşa qovuldum. Vəkillərim redaksiya ilə əlaqə yaradacaq”, – Əbdüləziz bildirib.
Qeyd edək ki, iyun ayında “Conde Nast International” şirkəti tərəfindən Səudiyyə şahzadəsinin vəzifəyə gətirilməsi ərəb ölkələrində böyük səs-küyə səbəb olmuşdu.
Gununsesi.info