Səudiyyə Yəməni bombaladı – Ölənlər və yaralılar var

  • By admin
  • 11 Noyabr 2017 17:46


Səudiyyə Ərəsbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərinə raket zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, hücum zamanı şəxsi evlərə də raket düşüb.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, 2015-ci ilin martından etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməni bombalayır. Hücumlar nəticəsində 10 mindən çox yəmənli ölüb.

 

Gununsesi.info