Səudiyyədə bir ilk: Qadın...

  • By admin
  • 05 İyul 2022 12:07

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz tərəfindən verilən fərmanlarla Nazirlər Şurasının baş katibi vəzifəsindən azad edilib və iki qadını yüksək vəzifələrə təyin olunub.

Gununsesi.info-nun Səudiyyə Ərəbistanı xəbər agentliyi SPA-ya istinadən verdiyi xəbərə görə, Nazirlər Şurasının baş katibi Əbdürrəhman bin Əyyaf Əl Mukrin vəzifəsindən uzaqlaşdırılaraq Kral Məhkəməsinin müşaviri vəzifəsinə təyin edilib.

Əl Mukrindən sonra boş qalan kürsüyə kimin oturacağı barədə isə məlumat verilməyib.

Sərəncamla şahzadə Hayfa bint Məhəmməd Əl Səud turizm nazirinin müavini, Eş-Şeyhanə əl-Azzaz isə Nazirlər Şurasının baş katibinin müavini təyin edilib. Azzaz bu vəzifəyə təyin olunan ilk qadındır.

Bu ölkədə son illər bəzi tənzimləmələrlə qadınlara qoyulan məhdudiyyətləri yumşaltmağa, qadının ailədə və cəmiyyətdə mövqeyini gücləndirməyə çalışılır.

Gununsesi.info