Səudiyyəyə zərbə endirildi: ölənlər var

Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Krallığın Mülki Müdafiə Xidməti X sosial şəbəkəsində bildirib.

Bəyanata görə, mərmi Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xərc əyalətində təmir və təmizlik şirkətinə məxsus binaya düşüb.

Ölən və yaralananların Banqladeş və Hindistan vətəndaşları olduğu qeyd edilib.

Gununsesi.info