Şəxsi məqsədi üçün təyyarəyə “bomba qoydu”

Astana hava limanında saxlanılan yalançı terrorçunu 5 ilə qədər azadlıqdan mərumetmə cazası gözləyir.

Gununsesi.info Qazaxıstanın nəqliyyatda polis departamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Astana hava limanında təyyarəyə bomba qoyulduğu barədə məlumat verən şəxs elə paytaxtın özündə saxlanılıb.

HTML tutorial

Dünən axşam naməlum şəxs “102” xidmətinə zəng vuraraq, “Astana-Taldıkurqan” marşrutu ilə uçan təyyarənin minalandığı barədə xəbər verib.

Daxil olan məlumatı yoxlamaq üçün ekstern xidmətlər hərəkətə keçib, sərnişinlər təyyarələrdən təxliyə edilib, hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Amma istehkamçılar hər hansı partlayıcı qurğu aşkar etməyib.

Nəqliyyat polisi zəng edən şəxsin yerini müəyyənləşdirmək üçün dərhal axtarışa başlayıb və tezliklə yalanşı terrorçu – Astana şəhərinin işsiz sakini, 1985-ci il təvəllüdlü qazax saxlanılaraq istintaqa cəlb olunub.

Məlum olub ki, 37 yaşlı işsiz təyyarə reysini şəxsi məqsədləri üçün saxlamaq istəyibmiş…

Gununsesi.info