ABŞ-ın Virciniya ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, Virciniya ştatı polisinin yaydığı açıqlamada iki mühərrikli “IAI Astra 1125” şəxsi təyyarəsinin Virciniya ştatının Bath şəhəri yaxınlığında qəzaya uğradığını bildirilib.
Təyyarənin qəzaya uğramasından sonra yanğının başladığı qeyd edilir. Hadisə nəticəsində təyyarədə olan 5 nəfər, o cümlədən biri uşaq dünyasını dəyişib.
Federal Aviasiya Administrasiyası həmçinin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası ilə insidentlə bağlı birgə araşdırma aparacağını bildirib.
Gununsesi.info