Şəxsiyyət vəsiqəsinin müddəti bitən uşağa görə ailəni qatardan endirdilər - DƏMİR YOLLARINDAN ANTİ-KONSTİTUSİON TƏLİMAT

  • By admin
  • 29 Avqust 2024 13:21

Gəncədən qatarla Bakıya gəlmək istəyən bir ailə qatardan endirilib. Buna səbəb kimi  isə uşaqlardan birinin şəxsiyyət vəsiqəsinin müddətinin  bitməsi göstərilib.

 

Gununsesi.info-nun əməkdaşının şahidi olduğu olayda Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Gəncədəki təmsilçiləri ancaq bunun üçün hüquqi əsaslandırma göstərə bilməyib.

Baxmayaraq ki, Azərbaycan Konstitusiyasına görə vətəndaşın ölkə ərazisində sərbəst hərəkət etmək hüququ var.

Maraqlı burasındadır ki, Bakıya gəlmək istəyən ailə Gəncəyə məhz sürət qatarı ilə gəlib. Lakin dönüşdə bunun əksi olub.

Gəncənin Dəmir Yolu Vağzalında polisin müşaiyyəti ilə vətəndaşlar qatardan endirilib.

Bir neçə nəfərin bileti isə cərimə yolu ilə geri qayatılıb.

Gununsesi.info vətəndaşın üzləşdiyi olay zamanı dediklərini təqdim edir.

 

Afət Abbasova

Gununsesi.info