
Tanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 70% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173, saturasiyası 88-dir.
Qeyd edək ki, müğənni avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.
Gununsesi.info-un məlumatına görə, ötən gün S.Əlizadənin həyat yoldaşı da xəstəxanaya aparılıb. Onun vəziyyəti yaxşıdır.
Gununsesi.info